ŞUŞADA İKİ HOTEL VƏ SONSUZ TƏCRÜBƏ

Hotel 1 Logo

Müasir üslubda dizayn olunmuş 154 otaq, milli mətbəxin ləziz təamlarını təklif edən restoran və bar, geniş spa mərkəzi, tədbir və iclas zalları, müxtəlif növ digər xidmətləri ilə 5 ulduzlu "Hotel və Konqres Mərkəzi" müasir komfort və milli memarlıq ənənələrinin sintezini özündə birləşdirir.

Rezerv et
Hotel 2 Logo

Yasəmən Hotel Şuşanın mərkəzində səmimi atmosferi və unikal təcrübəsi ilə sizə evinizdəki kimi hiss edəcəyiniz rahatlıq təqdim edir. Keçmiş Şuşa xan evlərini xatırladan interyer, xüsusi mehriban xidmət və füsunkar təbiəti ilə bu mərkəz sizi valeh edəcək.

Rezerv et
  • Vaqif məqbərəsi

    Qarabağın mədəni və tarixi incisini kəşf edin

    Şuşa, zəngin tarixi, möhtəşəm təbiəti, və mədəni irsi ilə Qarabağın qəlbində yerləşir. Burada qədim abidələri, füsunkar mənzərələri və qonaqpərvərliyi ilə sizi unudulmaz təcrübələrə çağırır.

Zamanın sınağından keçmiş abidələr

Şuşanın hər daşında bir tarix yatır. Tarixi məscidlər, qala divarları və məşhur abidələr bu şəhərin möhtəşəm keçmişini əks etdirir. Şuşanın unikal memarlığını kəşf edin və qədim şəhərin ruhunu hiss edin.

Qarabağın saf təbiətinə səyahət

Füsunkar dağ mənzərələri, sərin bulaqlar və yaşıl meşələr – Şuşanın təbiəti sizi öz gözəlliyi ilə valeh edəcək. Cıdır düzü, Mamır Şəlaləsi və İsa Bulağı kimi möhtəşəm məkanlarda unudulmaz anlar yaşayın.

Şuşa keçmişin izləri – Muzeylər

Şuşa tarixin, mədəniyyətin və incəsənətin vəhdət tapdığı bir şəhərdir. Burada yerləşən muzeylər Qarabağın zəngin irsini yaşadan nadir məkanlardır. Tarixi eksponatlar, milli musiqi və sənət nümunələri ilə tanış olmaq üçün indi yolunuzu Şuşadan salın.

Mədəniyyət və İncəsənətin qovuşduğu şəhərdə tədbirlər ilə tanış olun

Şuşa hər il möhtəşəm tədbirlərə ev sahibliyi edərək mədəniyyət və incəsənətin mərkəzinə çevrilir. Musiqidən poeziyaya, bayram tədbirlərindən festivallara qədər bir çox maraqlı tədbirlər burada keçirilir.

Maximum 4 adults+1
Yalnız 12 yaşdan kiçik uşaq

0